Azərbaycan Super Liqasının 2 oyunu təxirə salındı
Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan 8-ci turun “Azərreyl” – “Abşeron” və UNEC – “Murov” görüşlərinin vaxtı dəyişdirilib.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.
Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb. Həkimlərin məsləhəti ilə bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.
Bu müraciət əsasında Azərbaycan Super Liqasının 8-ci turunun oyunları təxirə salınıb. Oyunların tarixi və keçirilmə yeri ilə bağlı məlumat verilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin