Azərbaycan samboçuları Avropa çempionatında 7 medal qazanıblar

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.

Azərbaycan Sambo Federasiyasından Komanda.az-a verilən məlumata görə, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.

Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın sambo millilərinin Avropa çempionatında qazancı 10 medal (1 qızıl, 1 gümüş, 8 bürünc) olub. Daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button