Azərbaycan Rusiyadakı yarışda 10 boksçu ilə təmsil olunacaq

Azərbaycan avqustun 19-dan 31-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Beynəlxalq Universitet İdman Festivalnda 10 boksçu ilə təmsil olunacaq.

Komanda.az xəbər verir ki, yarış Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr olunub.

Elbrus Rzayevin rəhbərlik etdiyi kişilərdən ibarət millidə Tural Sarıyev (51 kq), Nicat Hüseynov (54 kq), Amin Məmmədzadə (57 kq), Əzrək Bəbirov (60 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq) və Fərhad Şeydayev (75 kq) qüvvəsini sınayacaq. Komanda bu gün səfərə yollanıb.

Qadınlardan ibarət yığma isə festivalda 3 idmançı ilə təmsil olunacaq. Rafiq İsmayılovun rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar. Qadın boksçular Yekaterinburqa avqustun 17-də gedəcəklər.

Beynəlxalq Universitet İdman Festivalında boks yarışları avqustun 19-da başlayacaq və 7 gün davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button