Azərbaycan qılıncoynadanı Afinada çempion oldu

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların Düyan Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

Komanda.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib.

Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silviya Matuszaka 15:13 hesabı ilə qalib gəlib. Annanın finaldakı rəqibi ispan Lusiya Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.

Sablyaçımız daha öncə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button