Kapitan 300-ə çatdı
Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, komandasının kapitanı olan təcrübəli müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirib. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub.
Karyerasına 2005/06 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu oldu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin