Azərbaycanın Premyer Liqa klublarının qış transferləri – Yenilənir

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə qış fasiləsi başlayıb və klublar artıq transfer çalışmalarına start veriblər.

Komanda.az Premyer Liqa klublarının rəsmiləşən yeni transferlərini təqdim edir:

Qarabağ:
Gələn:
Gedən: Musa Qurbanlı (“Zirə”: icarə), Donald Gerye (“Apollon”, Kipr)
Müqavilə müddətini artıran: Abdullah Zubir

Neftçi
Gələn:
Gedən: Prins İbara (“Birşot”, Belçika), Cabir Əmirli (“Sumqayıt”: icarə)
Müqavilə müddətini artıran:

Qəbələ
Gələn:
Gedən:
Müqavilə müddətini artıran:

Sabah
Gələn: (Arsen Ağcabəyov, “Səbail”: icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarə), Dmitro Klots (“Keşlə”), Zurab Oçiqava (“Levadiya”, Estoniya)
Gedən: Yevgeni Koçuk (“Keşlə”), Ozan Can Kökçü (“Telstar”, Niderland: icarə), Abbas Ağazadə, Ulisse Diallo, Nikola Vuyadinoviç
Müqavilə müddətini artıran:

Səbail
Gələn: Ali Sisey (“Zirə”), Milovan Petroviç (“Vardar”, Şimali Makedoniya)
Gedən: Arsen Ağcabəyov (“Sabah”), Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov, Baxtiyar Rəhmani, Bahadur Həziyev
Müqavilə müddətini artıran:

Sumqayıt
Gələn: Cabir Əmirli (“Neftçi”: icarə), Mehdi Şərifi (“Peykan”, İran), Höccət Haqverdi (“Peykan”, İran), Dmitri Nağıyev (“Dinamo-Avto, Moldova)
Gedən: Kərəm Sultanov
Müqavilə müddətini artıran:

Zirə
Gələn: Musa Qurbanlı (“Qarabağ”: icarə), Nemanya Andelkoviç (“Zlatibor”, Serbiya), Filipe Pahtman (“Lvov”, Ukrayna: icarə)
Gedən: Ali Sisey (“Səbail”)
Müqavilə müddətini artıran:

Keşlə
Gələn: Anatole Abanq (“Şerif”, Moldova), Nicat Qurbanov (“Samtrediya”, Gürcüstan), Sadio Tounkara (“Narva-Trans”, Estoniya), Sənan Qurbanov (baş məşqçi), Yevgeni Koçuk (“Sabah”)
Gedən: Yunis Hüseynov (baş məşqçi), Dmitro Klots (“Sabah”)
Müqavilə müddətini artıran: