Yeni transferi “Zirə”nin tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sabah”la oyunu (2:0) beş futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağabala Ramazanov, Rauf Hüseynli, George Anton, Ali Sisey və Davit Volkov start heyətində meydana çıxaraq “qartallar”ın heyətində ilk rəsmi matçlarını keçiriblər. Bununla da, Premyer Liqada “Zirə”nin formasını geyinən oyunçuların sayı 85-ə çatıb. “Sabah”la qarşılaşmayadək bu rəqəm 80-ə bərabər idi.

Bu 85 oyunçudan 42-si Azərbaycan vətəndaşı, 43-ü legioner statusu daşıyır. Anton 2-ci moldovalı, Volkov 2-ci gürcüstanlıdır. Sisey isə “Zirə”nin tarixində Syerra-Leonedən olan ilk futbolçudur. Bu, futbolçusu “qartallar”da oynayan 28-ci xarici ölkədir. Aliyə qədər 27 ölkədən olan legionerlər “qartallar”ın şərəfini qoruyub: Fransa – 4, Monteneqro, Nigeriya, Serbiya – 3, Braziliya, Gürcüstan, Haiti, Moldova, Paraqvay, Rumıniya – 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, MAR, Peru, Portuqaliya, Qana, Salvador, Syerra-Leone, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – 1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button