Azərbaycan Premyer Liqasının ən yaşlı və ən gənc baş məşqçiləri

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandaların baş məşqçilərinin cari mövsüm üçün orta yaş həddini açıqlayıb.

Komanda.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, martın 1-nə olan nəticələrə görə, hazırda Azərbaycan çempionatında bu göstərici 42,2 yaşdır.

Premyer Liqanın ən yaşlısı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov (49 yaş 343 gün), ən gənci isə “Sabah”ın rusiyalı çalışdırıcısı Murad Musayevdir (38 yaş 132 gün).

Azərbaycan Premyer Liqası baş məşqçilərin orta yaş həddinə görə dünyada 126 çempionat arasında dördüncüdür. Premyer Liqa yalnız Finlandiyanın 1-ci (42 yaş) və 2-ci liqasından (41,8), həmçinin, ABŞ-ın Milli Futbol Liqasından (41,5 yaş) geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button