
Azərbaycan Premyer Liqasında yeni mövsümün nə vaxt başlayacağı bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.
Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yeni mövsüm avqustun 4-də başlayacaq.
Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin