Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu
Azərbaycan Premyer Liqasında mövsümün 50-ci qolu vurulub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, yubiley topunun müəllifi Rəhim Sadıxov olub. “Sumqayıt”ın futbolçusu 6-cı turun “Zirə” ilə ev matçında fərqlənib. Turun son qarşılaşmasında meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.
Mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin futbolçusu Azər Salahlı vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin