Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə 1-ci turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 1-ci tur

15 avqust

“Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00

16 avqust

“İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”
“Neftçi Arena”, 20:00

17 avqust

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 18:30

“Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30

18 avqust

“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 20:00

Qeyd 1: Misli Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq (tam versiya).

Qeyd 2: “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Qeyd 3: “Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə, beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), “Sabah” – “Qarabağ” oyunu təxirə salınacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button