Son turun ən yaxşı futbolçusu məlum oldu
Azərbaycan Premyer Liqasında 3-cü turun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Sabah”ın qapıçısı Saşa Stamenkoviçdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stamenkoviç komandasının “Zirə”ni 2:0 hesabıyla məğlub etdiyi oyunda bir neçə seyvlə yadda qalıb.
Stamenkoviçdən əlavə, “Sabah”ın daha 3 futbolçusu – Məhəmməd Mirzəbəyov, Yevgeni Koçuk və Xulio Rodriqes Azərbaycan Premyer Liqasının 3-cü turunun rəmzi komandasında yer alıb.
Premyer Liqanın ötən turunda da “Sabah”ın 4 futbolçusu (Bəhlul Mustafazadə, Ramil Şeydayev, Coşqun Diniyev və Yevgeni Koçuk) rəmzi komandada yer almışdı. Koçuk ardıcıl ikinci dəfə turun komandasında yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin