Mövsümün ən böyükhesablı ev qələbəsi
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, 20-ci turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub.
Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən 18-ci turun oyununda “Zirə”nin qapısından 4 top keçirib.
Ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdur. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin