Azərbaycan Premyer Liqası: İkinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb

Azərbaycan Premyer Liqasının cari mövsümündə ikinci dəfə ən yüksək məhsuldarlıq qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 16-cı turda keçirilən oyunlarda baş verib.

Geridə qalan turda qapılara 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol olub. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu həm 2023/2024 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın 10-cu turunda da 19 qol vurulub. Oktyabrın 20-22-də gerçəkləşən matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/2022 mövsümünün 10-cu turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-də reallaşan matçların orta göstəricisi 4,25 olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button