Azərbaycan Portuqaliyaya qarşı
Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.
Komanda.az xəbər verir ki, avqustun 31-də daha 2 cüdoçumuz mübarizəyə qoşulub.
Qadınlar arasında +78 kq çəki dərəcəsində yarışan təmsilçimiz İrina Kindzerska Tokio mundialını 7-ci yerdə başa vurub.
+100 kq çəki dərəcəsində mübarizə aparan kişi cüdoçumuz Uşangi Kokauri ilk görüşdə uduzub.
Beləliklə Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. Xatırladaq ki, Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala sahib olub.
Sentyabrın 1-də dünya çempionatının qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin