Qurbanovla Abasovun dueli: Kim daha üstündür?
Azərbaycan Peşəkar Futbol Liqası Premyer Liqanın 28-ci turunun “Neftçi” – “Qarabağ” matçından əvvəl hər iki komandanın baş məşqçisinin bir-birinə qarşı göstəricilərini açıqlayıb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Neftçi”nin çalışdırıcısı Samir Abasov buna qədər 18 oyunda üz-üzə gəliblər. Bu matçlarda Qurbanovun komandası 13 dəfə qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Abasovun Qurbanova qarşı cəmi iki qələbəsi var.
Samir Abasov məşqçi kimi Qurbanovla “Neftçi” ilə yanaşı, “Sumqayıt” və “Zirə”də işləyəndə də qarşılaşıb.
Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün çempionunun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” oyunu bu gün, saat 20:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin