
Azərbaycan parataekvondo millisi İrandakı turniri 3 medalla başa vurub
Parataekvondo üzrə Azərbaycan millisi İranın paytaxtı Tehranda keçirilən “6th WT President’s Cup” turnirini 3 medalla başa vurub.
Komanda.az xəbər verir ki, yığma üzvləri yarışda 1 gümüş, 2 bürünc mükafata yiyələniblər.
K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov ikinci, 58 kq və +80 kq çəkilərdə çıxış edən Sabir Zeynalovla Şahmar Quliyev üçüncü yeri tutublar.
Millinin üç üzvü – İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin