Azərbaycan paralimpiya millisi “gümüş” qazanıb

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar.

Komanda.az xəbər verir ki, kişilərdən ibarət komanda yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev pnevmatik tapançadan 10 metrəyə atəşdə (P1) “gümüş” qazanıb.

Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziyanı qazanıb.

Xatırladaq ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button