
Azərbaycan parabadmintonçu beynəlxalq turnirdə “bürünc” qazanıb
Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.
Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin