Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Komanda.az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Azərbaycanı Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək.

Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button