“Azərbaycan millisiylə matçda hədəfimiz 3 xaldır”
Futbol üzrə Lüksemburq yığmasının kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azərbaycanla 2 il öncəki oyunla indikini müqayisə etmək çətindir. Bu seçmə mərhələdəki ilk oyunumuzda isə bərabər səviyyəli oyun getmişdi. Sadəcə, biz qələbəyə daha çox layiq idik. Sabah da bunun üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır”.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçına saat 21:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin