Azərbaycan millisinin üzvünə ilk oyunda şans verilmədi
Futbol üzrə İngiltərə Birinci Liqasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Sərhat Daşdəmirin bu yay transfer olunduğu “Piterboro Yunayted” də yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Flitvud”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin