Azərbaycan millisinin üzvü Rusiya klubuna qayıtdı

Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela Rusiyanın “Tümen” komandasına qayıdıb.

Komanda.az “asnta.ru”-ya istinadən xəbər verir ki, bu barədə klubun icraçı direktoru Denis Xarin məlumat verib.

Klub rəsmisinin dediyinə görə, 29 yaşlı hücumçu bir mövsümlük Qazaxıstan “Kayrat”ına icarəyə verilsə də, vaxtından əvvəl “Tümen”ə dönüb:

“Bu, Çempionlar Liqasında iştirak edən Qazaxıstan təmsilçisinin heyətini gücləndirmək məqsədi daşıyırdı. Amma komanda “dördlər finalı”na çıxa bilmədiyi üçün futzalçıdan qayıtmasını və Rusiya çempionatında bizə kömək etməsini xahiş etdik. “Kayrat” da bununla razılaşdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button