Azərbaycan millisinin üzvü Rumıniya kubokunu qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban “CSM Lugoj” komandası ilə Rumıniya kubokunun qalibi olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda “CSM Targoviste”ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə məğlub edib.
Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
“CSM Lugoj” cari mövsümdə ölkə çempionatında bürünc medala da sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin