Azərbaycan millisinin üzvü rəsmən İngiltərə klubunda!

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Serhat Taşdemir özünə yeni klub tapıb.

Komanda.az xəbər verir ki, o, növbəti mövsümdən İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən “Piterboro Yunayted” klubunda çıxış edəcək.

Artıq 19 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müqavilə bağlayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

“Blekbern Rovers” akademiyasının məzunu olan Taşdemir yeni klubuna Milli Liqa (səviyyədə beşinci) komandası “Fayld”dan keçib. Yeniyetmə futbolçu 2018/19 mövsümündə 27 oyuna 5 qol vurub. “Piterboro” isə mövsümü 46 oyundan 72 xalla 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Serhat Taşdemir ilk dəfə Azərbaycanın U-19 yığmasına bu ilin yanvarında dəvət olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button