Azərbaycan millisinin üzvü noyabrın ən yaxşısı adına namizəd oldu

Ukraynanın “Kolos” klubunda noyabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Komanda.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 6 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də yer alıb.

Qalib azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.

“Kolos”a cari mövsümün əvvəlində keçən Nuriyev bir neçə gün öncə səfərdə keçmiş komandası “Minay”la 1:1 hesablı heç-heçə etdikləri Ukrayna Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda cərimə zərbəsindən baxımlı qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button