Azərbaycan millisinin futbolçusu koronavirusa yoluxdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev yığmanın toplanışında iştirak edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin