
Azərbaycan millisinin üzvü İngiltərə Liqa kubokunda qələbəyə sevindi
Futbol üzrə İngiltərə Liqa kubokunda qrup mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də ilk matçına çıxıb.
Sözügedən kollektiv qrup mərhələsinin ilk turunda səfərdə “Northempton”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
“Piterboro Yunayted”in yer aldığı H qrupunda London “Arsenal”ının U-21 komandası ilə “Kembric Yunayted” də qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin