“Tobol”un baş məşqçisi Emilin oynamamasının səbəbini açıqladı

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Kostanay təmsilçisi “Jilina” klubu ilə qarşılaşıb. Slovakiyalılarla görüş qollu bərabərliklə bitib – 1:1.

Emil Balayev sözügedən qarşılaşmanın iştirakçısı olmayıb. Buna səbəb 25 yaşlı qapıçının reabilitasiyasının davam etməsidir. Bu barədə “Tobol”un erməni baş məşqçisi Qriqori Babayan klubun saytına açıqlama verərkən deyib:

“Azat Nurqalıyev əməliyyatdan sonra tam sağalmayıb. Nikita Boçarov da hələ gələn ay komandaya qoşulacaq. Emil Balayevin planlaşdırılmış reabilitasiyası davam edir. Bizə qoşulan yeni futbolçular da hələ tam hazır deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button