Azərbaycan millisinin üzvü cəzalı duruma düşdü

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprlə matçın 5-ci dəqiqəsində sarı vərəqə alan Anton Krivotsyuk cəzalı duruma düşüb.

Komanda.az xəbər verir ki, turnirdə ikinci dəfə sarı vərəqə görən 22 yaşlı müdafiəçi 5-ci turda Monteneqro ilə ev matçını buraxmalı olacaq.

Qeyd edək ki, Azərbaycan – Kipr matçında ilk hissə oynanılır və hesab açılmayıb. Azərbaycan – Monteneqro görüşü isə noyabrın 14-də gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button