Azərbaycan millisinin sabiq qapıçısı Ukrayna klubunda
Azərbaycan millisinin sabiq üzvü Andrey Popoviç özünə yeni klub tapıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını Ukraynada davam etdirəcək. O, “Minay” klubu ilə müqavilə imzalayıb. Komandanın təlim-məşq toplanışında olan oyunçunun çıxışı məşçilər korpusu tərəfindən bəyənilib. Popoviç klubla müqavilə imzaladıqdan sonra Slovakiya toplanışına aparılıb.
“Minay” 17 turdan sonra 2-ci liqanın A qrupuna başçılıq edir.
Popoviç karyerası ərzində “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan” və “Qəbələ” kimi klublarda çıxış edib. O, mövsümün əvvəlində “Sumqayıt”a qayıtsa da, tibbi müayinədən uğurla keçə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin