Prosineçki yenidən milli komandada

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni ünvanı məlum olub.

Komanda.az xəbər verir ki, son olaraq Türkiyədə “Dənizlispor”u çalışdıran xorvatiyalı mütəxəssis Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər. Bu barədə Serbiyanın “Kurir” nəşri məlumat yayıb.

Xəbərdə, Prosineçkinin artıq Şimali Makedoniya Futbol Federasiyası ilə razılıq əldə etdiyi və təyinatın yaxın zamanda açıqlanacağı bildirilib.

Şimali Makedoniya yığmasının hazırkı baş məşqçisi İqor Angelovskidir. 44 yaşlı mütəxəssisin rəhbərliyi ilə milli AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan yığmasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button