Azərbaycan millisinin rəqiblərindən biri evdə, digəri səfərdə qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, Gürcüstan yığması doğma meydanda Slovakiya ilə münasibətlərinə aydınlıq gətirib.
Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub – 2:1.
Qrupun aşkar autsayderi Lixtenşteyn isə Fransanı qəbul edib. Qonaqlar bu görüşdə darmadağına seviniblər – 5:0.
Beləcə, lider İsveçrənin ardından fransızlar da AÇ-nin final mərhələsinə vəsiqəni təmin ediblər. Adıçəkilən komanda noyabrın 16-dakı son matçda İsveçrə ilə qrup birincisi olmaq uğrunda üz-üzə gələcək.
Qeyd edək ki, qrupun bu gün keçirilən digər oyununda millimiz səfərdə İsveçrəyə 1:2 hesabı ilə məğlub olub.
İsveçrə – 27, Fransa – 24, Gürcüstan – 15, Slovakiya – 9, Azərbaycan – 6, Lixtenşteyn – 3
Bizi Facebook-da izləyin