![](https://komanda.az/wp-content/uploads/2023/11/UEFA_U-19_Womens.jpg)
Azərbaycan millisinin rəqibləri məlum olub
Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.
İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin