Azərbaycan millisinin rəqibindən darmadağın
Futbol üzrə milli komandalar arasında yoxlama oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha iki belə görüş baş tutub.
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Portuqaliya yığması İsraillə qarşılaşıb. AÇ-2020-yə hazırlaşan millimizin rəqibi bu görüşdə darmadağınla qalib gəlib. Kristiano Ronaldo və Joao Kanselonun hərəyə bir dəfə fərqləndiyi görüşdə Bruno Fernandes dubla imza atıb.
Günün digər yoxlama görüşü Niger və Konqo yığmaları arasında baş tutub. Bu qarşılaşma isə konqoluların qələbəsiylə yekunlaşıb. Konqo yığmasında “Sabah”ın bu yay yollarını ayırdığı hücumçu Kevin Kubemba start heyətdə meydana çıxıb.
Yoxlama oyunları
9 iyun
Niger – Konqo 0:1
Portuqaliya – İsrail 4:0
Bizi Facebook-da izləyin