Azərbaycan millisinin rəqibində baş məşqçi təyinatı təsdiqləndi

Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi postuna təyinat rəsmiləşib.

Komanda.az Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini Məhəmməd Adiyev çalışdıracaq. Karaqanda “Şaxtyor”unun baş məşqçisi bundan sonra Qazaxıstan millisinə rəhbərlik edəcək.

44 yaşlı mütəxəssis baş məşqçi postundaAndrey Karpoviçi əvəzləyib.

Millətlər Liqasında C Liqasının 3-cü qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Azərbaycan millisi ilk matçını iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button