Azərbaycan millisinin rəqibinin baş məşqçisinə Premyer Liqadan təklif
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Qazaxıstan baş məşqçisiz qala bilər.
Komanda.az xəbər verir ki, rəqibimizin baş məşqçisi Məhəmməd Adiyev Rusiyadan təklif alıb.
44 yaşlı mütəxəssis “Axmat”ın “sükanı arxasına” keçməyə namizəddir. O, 2013-17-ci illərdə bu klubun ikinci komandasına rəhbərlik edib, əsas heyətdə köməkçi kimi çalışıb.
“Axmat” Rusiya Premyer Liqasının 9 turundan sonra 11 xalla 9-cu yerdə qərarlaşıb. Klub rəhbərliyi dörd gün əvvəl baş məşqçi Andrey Talalayevi istefaya göndərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin