Azərbaycan millisinin rəqibi üçün təhlükə
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın rəqibi olan Portuqaliya millisi ciddi problemlə üzləşib.
Komanda.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında çıxış edən futbolçularla bağlıdır. İngiltərə hökuməti koronavirusla bağlı “qırmızı zona”ya daha bir neçə ölkənin adını daxil edib ki, onların arasında Portuqaliya da var. Belə olanda halda, milli komanda üçün ölkəsinə yollanan futbolçular İngiltərəyə qayıtdıqları zaman 10 gün karantində qalmalı olacaqlar. Ölkənin İngiltərədə çıxış edən 18 futbolçusundan 10-u yığmanın son oyununa dəvət alıb.
Portuqaliya martın 24-də doğma meydanda Azərbaycan millisini qəbul edəcək.
Azərbaycan millisi seçmə mərhələnin A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.
Bizi Facebook-da izləyin