
Azərbaycan millisinin rəqibi ABŞ yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya yığması ABŞ-da təlim-məşq toplanışı keçəcək.
Komanda.az xəbər verir ki, 2021-ci il yanvarın 21-də start götürəcək hazırlıq prosesi 11 gün davam edəcək.
Toplanış üçün millinin heyətinə yalnız yerli çempionatda oynayan futbolçular dəvət alacaq. Hazırlıq müddətində 2 yoldaşlıq matçı nəzərdə tutulub. Rəqiblər ABŞ və Dominikan Respublikası yığmaları olacaq. Görüşlərin vaxtı hələ açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar şəkildə oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin