Kramarenko Azərbaycan millisindən ayrıldı

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadan ayrılıb.

Komanda.az xəbər verir ki, Kramarenko, bu barədə Rusiyanın “sport24.ru” saytına açıqlamasında deyib. Moskva ÇSKA-sında da məşqçilik edən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini bildirib:

“Artıq yalnız ÇSKA-da çalışacam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəm. ÇSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir.

Milli komanda mənim üçün əziz olaraq qalır. Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardır. Klubda da çox sayda səyahət və məşqlər var, ancaq indi ailəmlə daha çox vaxt keçirirəm”.

Kramarenko bu ilin yanvarından ÇSKA klubunda işləyirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button