Azərbaycan millisinin oyunu uelslilərə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, oyunu Uelsdən olan Robert İan Jenkins idarə edəcək. Ona həmyerliləri İan David Bird və Aşley Davis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Aleks Mcinch yerinə yetirəcək.

İyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button