Azərbaycan millisinin oyunu sloveniyalılara tapşırıldı

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyun üçün təyinatlar müəyyənləşib.

Komanda.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.

Sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button