Azərbaycan millisinin oyunu qadın hakimə tapşırılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək.

Komanda.az xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FİFA referisi İvana Martinçiçə tapşırılıb.

Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə – Azərbaycan qarşılaşması saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button