Azərbaycan millisinin oyunu moldovalı hakimlərə tapşırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində Lüksemburqla keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək görüşü moldovalı Dumitri Muntean idarə edəcək.
Denis Oala və Sergey Boqdan köməkçi hakim, İqor Bosca isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.
Oktyabrın 17-də keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin