Azərbaycan millisinin oyunu fransalı hakimlərə tapşırıldı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FİFA referisi Bastyen Deşepi idarə edəcək. Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.
Sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq oyun saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin