
Azərbaycan millisinin oyunlarının proqramı açıqlanıb
Avropa Gümüş Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.
Komanda.az xəbər verir ki, Tbilisidə beş gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Yığma Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda, üçüncü tur isə 20-22 iyunda Farer adalarında təşkil olunacaq.
Avropa Gümüş Liqası (kişilər)
1-ci turnir (İsveç)
06.06.2025
17:00 Azərbaycan – İsveç
07.06.2025
17:00 Gürcüstan – Azərbaycan
08.06.2025
17:00 İsveç – Gürcüstan
2-ci turnir (Azərbaycan)
13.06.2025
18:00 Lüksemburq – Azərbaycan
14.06.2025
18:00 Macarıstan – Lüksemburq
15.06.2025
18:00 Azərbaycan – Macarıstan
3-cü turnir (Farer Adaları)
20.06.2025
19:00 Azərbaycan – Farer adaları
21.06.2025
17:00 Avstriya – Azərbaycan
22.06.2025
17:00 Farer adaları – Avstriya
Qeyd: Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.
Bizi Facebook-da izləyin



