Azərbaycan millisinin oyunlarının məkanı müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Kipr yığmasına qarşı matç sentyabrın 22-də, saat 17:00-da “Dalğa Arena”da baş tutacaq.
Yığma bundan 4 gün sonra, saat 20:00-da səfərdə Monteneqro ilə qarşılaşacaq. Bu görüş Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin