Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17-nin Fransa ilə matçını norveçli Marius Hansen Qrotta idarə edəcək.

İsrail – Azərbaycan görüşündə də eyni ədalət təmsilçisi söz sahibi olacaq. Azərbaycan – Rumıniya qarşılaşmasına isə Mateo Erceq təyinat alıb.

8 oktyabr

17:00. Fransa (U-17) – Azərbaycan (U-17)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)

Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

“Bourret” stadionu, Kapbreton.

11 oktyabr

20:00. İsrail (U-17) – Azərbaycan (U-17)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks.

14 oktyabr

17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)

Baş hakim: Mateo Erceq (Xorvatiya)

Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

“Bourret” stadionu, Kapbreton.

9-cu qrupun matçları Fransada təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button