Azərbaycan millisinin Lüksemburq və Qətərlə oyunları üçün 24 futbolçu
Futbol üzrə Azərbaycan millisinin Lüksemburqa qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoxlama matçı üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib. Onlardan altısı legionerdir.
Azərbaycan millisi noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki qarşılaşmaya saat 21:00-da start veriləcək.
Mehdi Cənnətov | Zirə | Qapıçı |
Emil Balayev | Qarabağ | Qapıçı |
Şahrudin Məhəmmədəliyev | Qarabağ | Qapıçı |
Maksim Medvedev | Qarabağ | Müdafiəçi |
Bəhlul Mustafazadə | Qarabağ | Müdafiəçi |
Azər Salahlı | Keşlə | Müdafiəçi |
Mert Çelik | Neftçi | Müdafiəçi |
Höccət Haqqverdi | Sumqayıt | Müdafiəçi |
Bəxtiyar Həsənalızadə | Sabah | Müdafiəçi |
Tellur Mütəllimov | Sumqayıt | Müdafiəçi |
Anton Krivotsyuk | Wisla Plock (Polşa) | Müdafiəçi |
Amin Seydiyev | Sabah | Müdafiəçi |
Cəlal Hüseynov | Zirə | Müdafiəçi |
Qara Qarayev | Qarabağ | Yarımmüdafiəçi |
Çoşqun Diniyev | Zirə | Yarımmüdafiəçi |
Filip Ozobiç | Qarabağ | Yarımmüdafiəçi |
Vüqar Mustafayev | Sumqayıt | Yarımmüdafiəçi |
Emin Mahmudov | Neftçi | Yarımmüdafiəçi |
Rüstəm Əhmədzadə | Minaj (Ukrayna) | Hücumçu |
Namik Ələskərov | Bursaspor (Türkiyə) | Hücumçu |
Renat Dadaşov | Tondela (Portuqaliya) | Hücumçu |
Ramil Şeydayev | Qarabağ | Hücumçu |
Mahir Emreli | Legia Warszawa (Polşa) | Hücumçu |
Araz Abdullayev | Etnikos (Kipr) | Hücumçu |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin