Azərbaycan millisinin keçmiş futbolçusunun oğlu “Napoli”nin hədəfində

“Napoli” “Rubin”dən ayrılan və “Dinamo”ya (Batumi) keçən gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı transfer etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya klubu gücrü oyunçunu transfer etməyin yollarını araşdırır. A Seriyasında çempionatın bütövlüyünü qorumaq üçün Rusiyanın Premyer Liqa klublarından futbolçuların transferinə qadağa qoyulub. Bu, “Napoli”nin Kvaratsxeliyanı “Rubin”dən transferini çətinləşdirir.

Kvaratsxeliya hazırda Gürcüstan millisinin düşərgəsindərir. Gürcü futbolçu Kazan klubuna qayıtmaq niyyətində deyil.

Kvaratsxeliya bu mövsüm Rusiya Premyer Liqasında 19 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button